Bank Of Baku

Dubayda gizli yolla qadınların şəklini çəkən azərbaycanlı həbs olunub

Dubayda gizli yolla qadınların şəklini çəkən azərbaycanlı həbs olunub
# 19 may 2008 12:51 (UTC +04:00)
Dubay - APA. Birləşmiş Ərəb Əmirlikləri polisi qadınlara qeyri-adi münasibətinə görə bu ölkəyə turist qismində gedən Azərbaycan vətəndaşını həbs edib. APA-nın məlumatına görə, adı açıqlanmayan 18 yaşlı soydaşımız hipermarketdə mal alan qadınları gizli kamera ilə mobil telefonunun yaddaşına köçürdüyünə görə həbs olunub. Soydaşımız qısa paltar geyinmiş qadınları xəlvəti mobil telefonun kamerası ilə çəkən zaman yaxalanıb. Onun telefonunun yaddaşında hipermarketdə alver edən qadınların 26 şəkli və 14 videoklipi aşkarlanıb. Bu əməlinə görə 18 yaşlı azərbaycanlı ömrünün altı ayını həbsxanada keçirəcək, daha sonra Azərbaycana deportasiya olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR