Bank Of Baku

Şirvan sakini Bakıda bıçaqlanıb

Şirvan sakini Bakıda bıçaqlanıb
# 19 may 2008 15:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakının Yasamal rayonunda yerləşən “Pərvin” kafesində işləyən Elşən Məmmədov şəxsi münaqişə zəminində əvvəllər məhkum olunmuş Şirvan şəhər sakini, 39 yaşlı Arif Məmmədovu bıçaqlayıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə adıçəkilən kafedə olub. Həbsxanadan çıxması ilə əlaqədar kafedə qonaqlıq təşkil edən A. Məmmədovla yeməkxananın işçisi E. Məmmədov arasında mübahisə yaranıb, nəticədə bıçaqlanma hadisəsi baş verib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR