Bank Of Baku

Nərimanov rayonunda avtomobildən 8 min manat oğurlanıb

Nərimanov rayonunda avtomobildən 8 min manat oğurlanıb
# 19 may 2008 15:34 (UTC +04:00)
Bakı. Samir Kazımlı APA. Nərimanov rayonu, Çəmənzəminli küçəsində Bakıxanov qəsəbəsinin sakini Muradəli Əliyevə məxsus “Mercedes” markalı, 10 TS 840 nömrə nişanlı avtomobildən 8 min manat oğurlanıb. Nərimanov Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, hələlik hadisə ilə bağlı saxlanılan yoxdur. Hazırda hadisəni törədən şəxsin tapılması və tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 177.2.4-cü (oğurluğu xeyli miqdarda ziyan vurmaqla törədilməsi) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR