Sadiq Gözəlov: “Ramal Amanov məsuliyyətdən yaxa qurtarmaq üçün ona işgəncələr verilməsi barədə uydurmalar söyləyib”
- Vüqar Ələkbərovun saxlanması nə ilə bağlıdır?
- Kənan Quliyev adlı iş adamı mayın 16-da Vüqar Ələkbərov adlı şəxsin ondan 10 min ABŞ dolları tələb etməsi, bu pulu verməkdən imtina etdikdə isə onu və sürücüsü İldırım Mirzəyevi fiziki təzyiqə məruz qoyması, “Toyota-Prado” markalı avtomaşınını əlindən alması barədə ərizə ilə Daxili İşlər Nazirliyinə müraciət edib. Keçirilmiş əməliyyat tədbiri zamanı Vüqar Ələkbərov Kənan Quliyevdən tələb etdiyi 10 min ABŞ dollarını alarkən yaxalanıb. Həmin vaxt onun yanında 2 nəfər tanışı Ramal Amanov və Mətləb Bədəlov da olub. Vüqar Ələkbərovun üzərinə baxış keçirilərkən onun üstündən Kənan Quliyevə məxsus avtomaşının açarları və iş adamının ona verdiyi 10 min ABŞ dolları aşkar edilib. Vüqar Ələkbərov Kənan Quliyevin avtomaşınını harada saxladığını da göstərib. Avtomaşın sahibinə qaytarılıb. Onu da qeyd edim ki, Ramal Amanov və Mətləb Bədəlov sonradan sərbəst buraxılıblar.
- Vüqar Ələkbərovla saxlanılan, sonradan sərbəst buraxılan Azərbaycanın boks üzrə milli komandasının üzvü Ramal Amanov ona idarədə işgəncələr verildiyini iddia edib...
- Bu, “qara məni basınca, mən qaranı basım”dan başqa bir şey deyil. Sadəcə, məsuliyyətdən yaxa qurtarmaq üçün bu məsələ uydurulub. Bu şəxslər əməliyyat zamanı polis əməkdaşlarına müqavimət göstərməyə cəhd ediblər. Buna baxmayaraq, polis əməkdaşları onları saxlayıb. Ümumiyyətlə, həmin idarədə, Daxili İşlər Nazirliyi sistemində kimlərəsə zor tətbiq olunması barədə yayılan söz-söhbətlərin heç bir əsası yoxdur. Belə hallar əvvəllər tək-tək hallarda baş verə bilərdi. Amma nazirliyin rəhbərliyi, şəxsən cənab nazir Ramil Usubov bu kimi halların aradan qaldırılması ilə bağlı öz qəti mövqeyini bildirib. Həmin halları törədən polis əməkdaşları haqqında ciddi ölçü götürülüb.
- İdmançıların saxlanması geniş əks-səda doğurub. Sizcə, bu, nə ilə bağlıdır?
- Mən təəssüf edirəm ki, ayrı-ayrı qüvvələr bu məsələdən öz maraqları üçün istifadə etməyə çalışır, bunu siyasiləşdirməyə cəhd edirlər. Bununla da qəsdən ictimai narazılıq yaratmaq məqsədi güdürlər. Onları müdafiə edənlər, görünür, ölkəni yenidən 90-cı illərin əvvəllərinə, kriminal avtoritetlərin, “idmançılar”ın kriminal mübahisələrdə iştirak etdikləri, meydan suladıqları dövrə qaytarmaq istəyirlər. Amma bu mümkün deyil. Ölkədə cənab prezidentin rəhbərliyi altında sabitlik yaradılıb və onun dönməzliyi təmin olunub. Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir, hər bir kəs qulluq, mövqeyindən, cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq, qanun qarşısında bərabərdir. Bu bərabərlik isə digər prinsiplərlə yanaşı, həm də təqsirə görə məsuliyyət prinsipinə əsaslanır. Məhz bu baxımdan istintaq Vüqar Ələkbərovun törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə hüquqi qiymət verib.
Bəziləri daxili işlər orqanları ilə idmançıları üz-üzə qoymağa cəhd edirlər, iddia edirlər ki, bizim idmançılara qarşı münasibətimiz mənfidir. Unutmaq lazım deyil ki, Vüqar Ələkbərovun bürünc medal qazandığı Sidney Yay Olimpiya Oyunlarının hər iki qızıl medalçısı Namiq Abdullayev və Zemfira Meftahəddinova daxili işlər orqanlarının əməkdaşlarıdır. Bu gün əməkdaşlarımız arasında Azərbaycanın idman şərəfini qoruyan, onun adını uca tutan xeyli sayda dünya şöhrətli idmançı var. Yenə də təkrar edirəm ki, hər bir kəs qulluq mövqeyindən, əvvəlki xidmətlərindən asılı olmayaraq, qanun qarşısında bərabərdir.
- Vüqar Ələkbərovun cinayət xarakterli hansısa digər əməlləri barədə istintaqda məlumatlar varmı?
- Vüqar Ələkbərov Kənan Quliyevdən müxtəlif vaxtlarda cinayətkar aləmdə nüfuza malik olan müəyyən şəxslərə yardım göstərmək adı ilə bir dəfə 1500 ABŞ dolları, bir dəfə isə 3500 ABŞ dolları məbləğində hədə-qorxu ilə pul alıb. O, pulu alarkən “qardaşlarımız içəridədir, onlara yardım göstərmək lazımdır, sən bu pulu verməlisən” deyib. Vətəndaş Kənan Quliyev istintaqa verdiyi ifadəsində bunu təsdiq edib. Eyni zamanda o da məlum olub ki, Vüqar Ələkbərov ayrı-ayrı cəzaçəkmə müəssisələrində cəza çəkən kriminal avtoritetlərlə daim sıx əlaqə saxlayıb. O, Rusiya Federasiyasında bir sıra kriminal mübahisələrin həllində də iştirak edib. Hazırda bütün bu məsələlərlə bağlı istintaq araşdırmaları davam edir.
Xəbər Lenti
Səfərbərlik Xidmətinin rəisi Mürsəl İbrahimov: Üç il ərzində 500-dən çox əməkdaş intizam məsuliyyətinə cəlb olunub
Xidmət rəisi: Hərbi xidmətə çağırışla bağlı yaş həddinin endirilməsi dövlətin xərclərini azaldıb
Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb
SHXÇDX rəisi: Xaricdə təhsil alanların hərbi xidmətdən möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişikliklər etməliyik, təkliflər hazırlanır
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb
Rusiya ilə Ukrayna arasında girovların mübadiləsi olub
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib
Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb
Bəhreyn XİN: İran ötən gecə hücumlarda ərazimizi hədəfə alıb
Zelenski Volqoqraddakı hərbi zavoda zərbə endirildiyini təsdiqləyib - VİDEO - YENİLƏNİB
Kreml: Putin və Lukaşenko danışıqları davam etdirirlər
Pekində binaya çırpılan təyyarə qəzasında ölən və yaralananlar var
Sabah bəzi yerlərdə leysan davam edəcək
Şabranda itkin düşən 52 yaşlı kişinin meyiti göldə tapılıb
Cəlilabadda ev yanıb
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib
Leyla Əliyeva və Arzu Əliyeva “CandyFest” yay festivalını ziyarət edib və “Sehrli mirvari” su sirki şousunu izləyiblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Bakı Bulvarında mövsümi güllərin əkilməsi aksiyasında iştirak ediblər - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər - FOTO
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
Rusiya və Çin hərbi təyyarələri Cənubi Koreyanın hava sahəsinə yaxınlaşıblar
DÇ-2026: Belçika və Misir pley-offda, İran gözləyəcək
DÇ-2026: İspaniya və Kabo - Verde 1/16 finalda!
Bakı və Abşeron yarımadasının bəzi yerlərində leysan yağır - FAKTİKİ HAVA
Nyu-York birjasında təbii qaz ucuzlaşıb
Azərbaycan nefti 74 dollara ticarət olunur
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
İranda polis postuna silahlı hücum olub, iki əməkdaş ölüb
DYP sürücülərə və digər hərəkət iştirakçılarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib
FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
“Brent” nefti 4%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Abşeron yarımadasının bəzi ərazilərində leysan, dolu gözlənilir
Səudiyyə Ərəbistanı Fars körfəzində neft yükləməsini bərpa edib
Dövlət Departamenti: Livan sazişi İsrail qüvvələrinin geri çəkilməsini nəzərdə tutur
Venesuela sahillərində 4,9 bal gücündə zəlzələ qeydə alınıb
Tramp yeni ABŞ pasport dizaynını təqdim edib
SEPAH Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı zərbələr endirdiyini açıqlayıb
Çin 2026-cı ilin ilk rübündə 184,1 milyard dollar cari profisit əldə edib
Netanyahu Livan razılaşmasını İrana zərbə adlandırıb
Vens: ABŞ İranla memorandumla bağlı fikir ayrılıqlarını müzakirə etməyə hazırdır
SEPAH ABŞ-ın Hörmüz boğazındakı hədəfləri vurmasına cavab verəcəyini açıqlayıb
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
ABŞ Hörmüz boğazında İranla əlaqəli hədəfləri vurub
Tramp yenidən İranı atəşkəsi pozmaqda ittiham edib
Netanyahu: Livanla danışıqlar uğurla başa çatıb, lakin İsrail ordusu Livanın cənubundan çəkilməyəcək
Britaniya Ukraynaya 1 milyard dollarlıq kredit üçün Dünya Bankına zəmanət verib
Ermənistan ordusunun hərbi qulluqçusu ölüb
İsrail və Livan ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə çərçivə sazişi imzalayıb - YENİLƏNİB