Bank Of Baku

Azərbaycanın Ucar rayonunda avtobus aşıb, yaralılar var

Azərbaycanın Ucar rayonunda avtobus aşıb, yaralılar var
# 21 may 2008 16:40 (UTC +04:00)
Ucar. Zahid Abışov-APA. Bu gün saat 18.30 radələrində Gəncə-Bakı yolunun 220-ci km-də, Ucar rayonunun Pirkənd kəndində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, Bakıdan Gəncə istiqamətində hərəkət edən “Daewoo” markalı, 10 SN 588 markalı sərnişin avtobusu yoldan çıxaraq aşıb. Nəticədə avtobusda olan 9 nəfər yaralanıb. Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyəti normaldır. Hadisə zamanı avtobusda 35 nəfər olub. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR