Bank Of Baku

Akif Şahbazov: “Seçkilərdə iştirak qərarımız daha çox Rəsul Quliyevin mövqeyindən asılı olacaq”

Akif Şahbazov: “Seçkilərdə iştirak qərarımız daha çox Rəsul Quliyevin mövqeyindən asılı olacaq”
# 22 may 2008 10:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) yaxın bir ay ərzində prezident seçkilərində iştirak edib-etməməklə bağlı qərarını qətiləşdirəcək. Partiyanın sədri Akif Şahbazov APA-ya açıqlamasında bildirib ki, partiya hazırda Seçki Məcəlləsi ilə bağlı aparılan müzakirələrin yekununu gözləyir. O, partiyanın seçkilərdə iştirak qərarının daha çox ACP lideri Rəsul Quliyevin mövqeyindən asılı olacağını vurğulayıb: “Bizim seçki ilə bağlı mövqeyimiz bu vaxta qədər Azərbaycan siyasətində görünməmiş, xalqın maraqlarına cavab verən mövqe olacaq. Amma hələlik bu qərarın nədən ibarət olacağını açıqlamaq istəmirik. Bu barədə partiya liderinin mövqeyi açıqlanacaq”. A. Şahbazov bildirib ki, normal demokratik cəmiyyətlərdə siyasi partiyalar öz güclərini ortaya qoymalı və seçkilərdə iştirak etməlidirlər: “Mən də seçkilərdə iştirakın tərəfdarıyam. Ona görə də normal mühit olsa, seçkidə iştirak edərik. İndiki şərait isə hələ qeyri-müəyyəndir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR