Bank Of Baku

Gəncədə İran vətəndaşından 6 kiloqram həşiş aşkarlanıb

Gəncədə İran vətəndaşından 6 kiloqram həşiş aşkarlanıb
# 22 may 2008 12:11 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. İrandan Azərbaycana keçən avtobusun sərnişinlərindən birində 6 kiloqrama yaxın həşiş aşkarlanıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, narkotik maddəni bu gün səhər saat 05:00 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə regional şöbəsinin əməkdaşları ilə Gəncə şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində aşkarlamaq mümkün olub. Əməliyyat zamanı İran vətəndaşının narkotik maddəni taxta oturacağın yumşaq hissəsində gizlətdiyi müəyyənləşib. Narkotik maddənin Əfqanıstandan gətirildiyi ehtimal olunur. Aşkarlanan həşişin üzərindəki möhürlərdəki yazılar əfqan dilindədir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə regional şöbəsinin rəis müavini Rafael İsmayılovun sözlərinə görə, avtobus Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Rusiya marşrutu üzrə hərəkət edirmiş. Hazırda faktla bağlı araşdırmalar davam edir, saxlanılan İran vətəndaşının şəxsiyyəti açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR