Bank Of Baku

Növbəti tədris ilindən Azərbaycanın bütün orta məktəblərinin I siniflərində yeni kurrikulumun tətbiqinə başlanılacaq

Növbəti tədris ilindən Azərbaycanın bütün orta məktəblərinin I siniflərində yeni kurrikulumun tətbiqinə başlanılacaq
# 22 may 2008 13:02 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. 2008-2009-cu tədris ilindən Azərbaycanın bütün ümumtəhsil məktəblərinin I siniflərində yeni kurrikulumun tətbiqinə başlanılacaq. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bu işin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Yeni fənn kurrikulumları əsasında dərslik, müəllim üçün vəsait və şagirdlər üçün iş dəftərlərinin hazırlanması, nəşri və çapı üçün artıq iki mərhələli tender elan olunub. Hazırlanacaq 13 adda dərslik və 21 adda müəllim üçün vəsait (cəmi 34 adda) dövlət, şagirdlər üçün iş dəftərləri isə nəşriyyatların hesabına çap olunacaq. Ümumilikdə bu il orta məktəblərin III-XI sinifləri üçün 68 adda dərsliyin nəşri və çapı nəzərdə tutulur. Hazırda dövlət vəsaiti hesabına çap olunacaq həmin dərslikləri praktik müəllimlərdən ibarət işçi qrupları oxuyur və nəşrə hazırlanır. 2008-2009-cu tədris ilində I və III-XI siniflər üçün 102 adda, 4 284 400 nüsxə dərslik və müəllim üçün vəsait çap olunacaq. Nazirlikdən bildirilib ki, 2009-cu ildə II sinif dərslikləri kurrikulum əsasında hazırlanacağından bu il həmin siniflər üçün dərsliklər çap olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR