Bank Of Baku

Gəncədə Qatır Məmmədin heykəlinin götürülməsi yeni yol çəkilişi ilə əlaqədardır

Gəncədə Qatır Məmmədin heykəlinin götürülməsi yeni yol çəkilişi ilə əlaqədardır
# 23 may 2008 15:42 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Artıq dörd gündür ki, Gəncə çayının sahilində yerləşən Qatır Məmməd heykəli olduğu yerdən götürülüb. Heykəlin bir gecənin içində “oğurlanması” və bu barədə şəhər rəsmilərinin heç bir açıqlama verməməsi şəhər əhalisi arasında müxtəlif şayiələrin dolaşmasına gətirib çıxarıb. APA-nın Qərb bürosunun məlumatına görə, bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasının 90 illiyi ilə əlaqədar keçirilən tədbirindən sonra jurnalistlərin suallarını cavablandıran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, Qatır Məmməd heykəlinin yerindən götürülməsi yeni yol çəkilişi ilə əlaqədardır: “Bizim şəhər icra hakimiyyəti heç vaxt birmənalı qərar vermir. Bizim bu cür qərarlar şəhər ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə hazırlanır. Qatır Məmmədin şəxsiyyəti ilə bağlı bəzi suallar ortaya çıxır. Bəzi tarixçilər hesab edir ki, vaxtilə Qatır Məmməd dəfələrlə Şaumyanla görüşüb və ondan təlimatlar alıb. Azərbaycan ensiklopediyasında bu fakt öz əksini tapıb ki, Fətəli xan Xoyski tərəfindən göndərilmiş qoşunlara Qatır Məmməd böyük zərbələr vurub. Təbii ki, Fətəli xan Xoyski tərəfindən göndərilmiş adamlar milliyətcə azərbaycanlı olublar. Biz bu səpkidə tələsmədən araşdırmalar aparmalıyıq”.
Qeyd edək ki, Qatır Məmməd heykəlinin yerləşdiyi ərazidə yeni çəkiləcək yol ikitərəfli olmaqla Nizami küçəsi ilə Mirzə Abbas Abbaszadə küçələrini birləşdirəcək. Bu yolun çəkilməsində məqsəd şəhər mərkəzində əmələ gələn tıxacları aradan qaldırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR