Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunun sakinini sel aparıb

Azərbaycanın Zaqatala rayonunun sakinini sel aparıb
# 04 iyun 2008 15:55 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda 68 yaşlı rayon sakinini sel aparıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun Dombabinə kəndi ərazisində baş verib. Kənd sakini, 1940-cı il təvəllüdlü Soltan Məmmədvəli oğlu Şabanov kənd ərazisindən keçən Qara çaydan keçmək istəyərkən onu sel aparıb. Kənd sakinləri S. Şabanovu xilas etməyə çalışsalar da, buna nail ola bilməyiblər. Hazırda RPŞ-nin əməkdaşları onun cəsədinin tapılması istiqamətində axtarış-əməliyyat tədbirləri həyata keçirir.
Qeyd edək ki, adıçəkilən çay Dombabinə kəndi ərazisindən keçməklə Gürcüstanla sərhəd olan Alazan çayına tökülür. Son günlər rayonda havaların yağışlı keçməsi çaylarda suların artmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR