Bank Of Baku

Polislər Azərbaycan paytaxtında insanlara hücum edən buğanı güllələyiblər

Polislər Azərbaycan paytaxtında insanlara hücum edən buğanı güllələyiblər
# 05 iyun 2008 08:48 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları Xətai rayonunun Z. Yusifov küçəsində paytaxt sakinlərinin həyatı üçün təhlükə yaradan buğanı güllələyiblər. Bölmədən APA-ya verilən məlumata görə, iyunun 3-də qəssablar buğanı “QAZel” markalı avtomobillə kəsmək üçün başqa yerə aparmaq istəyərkən iribuynuzlu heyvan onların əlindən xilas olaraq sakinlərə hücum edib. Heyvan sahibləri buğanı zərərsizləşdirə bilmədikləri üçün polisə xəbər veriblər. Hadisə yerinə gedən polis əməkdaşları buğanın tutulmasının mümkün olmadığını görüb heyvanı güllələyərək öldürüblər. Hadisə zamanı xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR