Bank Of Baku

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 05 iyun 2008 09:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Bu gecə Ələt-Astara yolunun 182-ci km-də, Lənkəran rayonunun Şirinsu kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsinin müstəntiqi Famil Həsənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, kənd sakini, 1969-cu il təvəllüdlü Ramiz Fətullayev idarə etdiyi “VAZ 2106” markalı, 44 BX 506 nömrə-nişanlı avtomobili Masallı rayonunun Təzəkənd kənd sakini, 1969-cu il təvəllüdlü Səfər Əbülfəz oğlu Kazımovun idarə etdiyi traktorun qoşqusuna vurub. Nəticədə “VAZ 2106” sərnişini, R. Fətullayevin oğlu, 1992-ci il təvəllüdlü Rüfət Fətullayev hadisə yerində keçinib, digər sərnişinlər, 1958-ci il təvəllüdlü Həqiqət Mirzəyeva və 1964-cü il təvəllüdlü Mətanət Şahbazova müxtəlif bədən xəsarəti alıblar. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR