Bank Of Baku

Penitensiar Xidmət Qobustan həbsxanasında məhbusun intihar etməsi faktını təsdiqləyib

Penitensiar Xidmət Qobustan həbsxanasında məhbusun intihar etməsi faktını təsdiqləyib
# 05 iyun 2008 10:04 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti Qobustan həbsxanasında saxlanılan ömürlük məhbus Kərimov Zeynal Hacıağa oğlunun intihar etməsi faktını təsdiqləyib. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.10, 120.2.11 (qəsdən adamöldürmə), 181.3.3 (quldurluq (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla törədildikdə)), 326.1 (rəsmi sənədləri, ştampları, möhürləri oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilən 1976-cı il təvəllüdlü Z. Kərimov iyunun 3-ü saat 16.20 radələrində intihar edib. Məhbus özünü mələfədən hazırladığı iplə saxlandığı kameranın pəncərəsinin dəmir çərçivəsindən asaraq öldürüb. Qeyd olunub ki, Z. Kərimov ötən il sentyabrın 15-də Penitensiar Xidmətin vərəmli xəstələr üçün nəzərdə tutulan ixtisaslaşdırılmış Müalicə Müəssisəsinə yerləşdirilib, bu il mayın 31-də yenidən həbsxanaya qaytarılıb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar aparılır. İntihar hadisəsi Penitensiar Xidmət tərəfindən də araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR