Bank Of Baku

Valeh Ələsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin keçirdiyi konfransa qatılıb

Valeh Ələsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin keçirdiyi konfransa qatılıb
# 05 iyun 2008 15:11 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Avropa Parlamentinin “Növbəti 50 ilə doğru birlikdə” mövzusunda keçirdiyi konfransda iştirak edib. Avropa Parlamentinin Əməkdaşlıq Komitəsinin sədr müavini Fuad Muradovun APA-ya verdiyi məlumata görə, Brüsseldə keçirilən konfransda 2004-cü ildən inkişaf etdirilən Avropa Qonşuluq Siyasətinin şərqə dair perspektivlərinə nəzər salınıb, bu məsələdə parlament əməkdaşlığının rolu barədə məruzə, həmçinin genişlənmə strategiyası üzrə Avropa Parlamentinin hesabatı dinlənilib: “Müzakirələrdə Avropa Qonşuluq Siyasətinin milli fəaliyyət planlarında necə əks olunduğu araşdırıldı. Yekunda birgə bəyanat qəbul olundu. Bu bəyanat Azərbaycanın maraqlarına cavab verir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR