Bank Of Baku

Narkotik vasitələrin satışında təqsirləndirilən Tovuz sakini həbs olunub

Narkotik vasitələrin satışında təqsirləndirilən Tovuz sakini həbs olunub
# 07 iyun 2008 07:57 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Tovuz rayonunda narkotik vasitələrin alveri ilə məşğul olmaqda təqsirləndirilən Bahəddin Kərimov yaxalanıb. Bu barədə APA-ya Tovuz rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, saxlanılan şəxsin mənzilinə baxış zamanı müxtəlif cür narkotik vasitələr və spesifik qoxuya malik maddələr aşkarlanaraq polis əməkdaşları tərəfindən götürülüb. İlkin dindirmələr zamanı B. Kərimov narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR