Bank Of Baku

Gəncə sakini Kür çayında boğulub

Gəncə sakini Kür çayında boğulub
# 07 iyun 2008 08:52 (UTC +04:00)
Samux rayon Polis Şöbəsinin rəis müavini Bahadur Şükürovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, hadisə dünən saat 15-00 radələrində baş verib. İlkin ehtimala görə, üç dostu ilə birlikdə Kürə çimməyə gedən Səbuhi üzə bilmədiyindən çayda batıb. Dostlarından biri onu xilas etmək istəsə də, cəhdi boşa çıxıb. Rayon polis şöbəsinə daxil olan məlumat əsasında çay sahilinə gələn polislər onun meyitini sudan çıxarıblar. Xatırladaq ki, Yenikənd Su Elektrik Stansiyası yaxınlığında ötən ay bir Gəncə sakini də boğulub ölmüşdü. Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR