Bank Of Baku

Qusar rayonunda silah-sursat aşkarlanıb

Qusar rayonunda silah-sursat aşkarlanıb
# 07 iyun 2008 09:59 (UTC +04:00)
Qusar. Solmaz Mehdiyeva - APA. Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayonun Hil yolunda yerləşən “Bənövşə” gölünün yaxınlığında silah-sursat aşkar ediblər. Qusar RPŞ-dən APA-nın şimal bürosuna verilən məlumata görə, bu haqda məlumat daxil olduqdan sonra polis əməkdaşları əraziyə gedərək, oradan 1 ədəd “F-1” əl qumbarası, 1 ədəd “RQ-1” qumbarası, qumbaraatan üçün 2 alışdırıcı və bir necə müxtəlif çaplı güllələr aşkarlayıblar. Faktla bağlı RPŞ-də araşdırma aparılır. Hadisə yerinə Daxili Qoşunları əsgərləri də cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR