Bank Of Baku

Narkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olan Oğuz rayon sakini həbs olunub

Narkotik maddələrin əkilib-becərilməsi ilə məşğul olan Oğuz rayon sakini həbs olunub
# 07 iyun 2008 11:19 (UTC +04:00)
Oğuz. Hafiz Heydərov-APA. Oğuz polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması və əkilib-becərilməsi ilə məşğul olan rayon sakinini həbs edib. Oğuz rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Xaçmaz kənd sakini Tərlan Əli oğlu Qədirovun üzərindən 25 qram qurudulmuş marixuana aşkar edilib. Bundan başqa T. Qədirovun yaşadığı həyətyanı sahədən xüsusi şəraitdə yetişdirilmiş, ümumi çəkisi 140 qram olan 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR