Bank Of Baku

Sel aparmış Zaqatala sakininin cəsədini tapmaq mümkün olmayıb

Sel aparmış Zaqatala sakininin cəsədini tapmaq mümkün olmayıb
# 07 iyun 2008 11:20 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Dörd gün əvvəl sel aparmış 68 yaşlı Zaqatala sakininin cəsədinin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri hələ bir nəticə verməyib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Dombabinə kənd sakinləri məlumat verib. Yerli sakinlərin sözlərinə görə, Soltan Şabanovun cəsədinin tapılmasını tezləşdirmək məqsədi ilə kənd ərazisindən keçən Qaraçayda suyun axınının qarşısı tam alınıb. Görülən tədbirlərə rəğmən meyitin sözügedən çayda olmadığı məlum olub. Artıq S. Şabanovun meyitinin tapılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri Gürcüstanla sərhəd olan Alazan çayında davam etdirilir. Meyitin tapılması istiqamətində aparılan axtarışlara yerli sakinlərlə bərabər sərhəd dəstəsinin əsgərləri də cəlb olunub. Xatırladaq ki, S. Şabanov 4 gün əvvəl yaşadığı Zaqatala rayonunun Dombabinə kəndi ərazisindən keçən Qaraçayı keçmək istəyərkən onu sel aparıb. Son günlər rayonda havaların yağmurlu keçməsi nəticəsində çaylarda suyun səviyyəsinin qalxması S. Şabanovun cəsədinin tapılmasında problem yaradıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR