Bank Of Baku

Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib

Ağdaşda iki nəfərin ölümü ilə nəticələnən avtomobil qəzası baş verib
# 09 iyun 2008 13:57 (UTC +04:00)
Ağdaş-APA. Ağdaş rayonunun Qəsil kəndində iki nəfərin ölümü ilə nəticələnən qəza baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mingəçevir şəhər sakini Zirəddin Camalovun idarə etdiyi "Kamaz" markalı, Ağdaş rayon sakinləri Elçin Məmmədovun idarə etdiyi "Tofaş" markalı və Nizami Əzizovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşub. Nəticədə E.Məmmədov və sərnişini, Ağdaş rayon sakini Tehran Qədirov hadisə yerində ölüblər. Faktla Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR