Bank Of Baku

Bu ilin beş ayında Azərbaycanda 1000 yol-nəqliyyat hadisəsi baş verib

Bu ilin beş ayında Azərbaycanda 1000 yol-nəqliyyat hadisəsi baş verib
# 09 iyun 2008 14:07 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin beş ayı ərzində ölkənin avtomobil yollarında 1000 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Respublika Dövlət Yol Polisi İdarəsindən bildirilib. Nəticədə 302 nəfər ölüb, 1050 nəfər yaralanıb. Baş vermiş qəza hadisələrindən 507-si Bakı şəhərində qeydə alınıb. Paytaxtda baş vermiş yol qəzaları nəticəsində 112 nəfər ölüb, 548 nəfər yaralanıb. May ayı ərzində respublikanın avtomobil yollarında 360 yol nəqliyyat hadisəsi baş verib ki, nəticəsində 69 ölüb, 277 nəfər yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR