Bank Of Baku

Bələdiyyəyə məxsus torpaq sahəsində 1 tondan çox çətənə kolu aşkarlanıb

Bələdiyyəyə məxsus torpaq sahəsində 1 tondan çox çətənə kolu aşkarlanıb
# 09 iyun 2008 14:16 (UTC +04:00)
Bakı-APA. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Nazim Zeynalovdan 101,854 qram heroin, Bakı BPİ-nin Metropolitendə Polis Şöbəsi əməkdaşları Bakı şəhər sakini Kamran Yaqiyevdən 0,013 qram heroin, Sabunçu RPİ əməkdaşları narkotik vasitə ilə tutulmuş Ruslan Kazımovun evinə baxış zamanı əlavə 0,602 qram heroin, Səbayel RPİ əməkdaşları Gürcüstan vətəndaşları Merab Davaşvilidən 0,328 qram, Akaki Mtskazaraşvilidən isə 0,311 qram heroin götürüblər. DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ağdaş RPŞ əməkdaşları tərəfindən Davudlu kənd bələdiyyəsinə məxsus 1,8 sot sahədən yabanı halda bitmiş, çəkisi 1,73 ton olan 2364 ədəd çətənə kolu yığılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR