Bank Of Baku

Zaqatalada traktorla minik avtomobili toqquşub, ölən və yaralananlar var

Zaqatalada traktorla minik avtomobili toqquşub, ölən və yaralananlar var
# 10 iyun 2008 08:10 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada traktorla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər həlak olub. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gecə rayonun Əliabad qəsəbəsində ba. verib. Əliabad sakini Nuru Abakar oğlu Vəliyev idarə etdiyi “Moskvi甝 markalı, 62 BE 294 dövlət nömrə nişanlı maşınla əks istiqamətdə hərəkət edən, Kamran Muxtar oğlu Ramazanovun idarə etdiyi MTZ markalı traktorla toqquşub. Qəza nəticəsində “Moskvi甝in sürücüsü N. Vəliyev hadisə yerindəcə keçinib. Maşında olan sərnişinlər - Əliabad sakinləri Qorxmaz Gülməmmədov və Habil Abdullayev isə ağır bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər onların vəziyyətini orta-ağır qiymətləndirir. Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR