Bank Of Baku

Ukraynada bir azərbaycanlı öldürülüb

Ukraynada bir azərbaycanlı öldürülüb
# 10 iyun 2008 08:45 (UTC +04:00)
Kiyev APA. Ukraynanın Çerniqov şəhərinin Privokzalnı bazarında 37 yaşlı azərbaycanlı Niyaz Nuriyev qətlə yetirilib. APA-nın Ukrayna mənbələrinə istinadən verdiyi məlumata görə, milis qətllə bağlı 22 yaşlı İlkin Hüseynovu saxlayıb. N. Nuriyevin qohumları isə onu İlkin Hüseynovun atası İbrahim Hüseynovun öldürdüyünü bildiriblər. Onlar İbrahim Hüseynovun Niyaz Nuriyevlə mübahisə etdiyini və bıçaqla ürək nahiyəsindən zərbə endirdiyini deyiblər. Atanın cinayətini oğulun öz boynuna götürdüyünü iddia edən azərbaycanlılar əsl qatilin həbs olunmasını tələb ediblər. Ancaq İbrahim Hüseynov istintaqdan yayınır. N. Nuriyevin cənazəsi isə doğulduğu Kürdəmir rayonuna gətirilərək dəf edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR