Bank Of Baku

Bakı sakinindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutulublar

Bakı sakinindən hədə-qorxu ilə pul tələb edən şəxslər tutulublar
# 10 iyun 2008 10:24 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Bakı şəhərinin Sabunçu Rayon Polis İdarəsi (RPİ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 7-də Böyükşor qəsəbəsinin sakini, 42 yaşlı Elman Qarayevi ölümlə hədələyərək ondan 10.800 dollar tələb edən şəxslər saxlanılıblar. Sabunçu RPİ-dən APA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, bir nəfər Gürcüstandan gətirdiyi “Mercedes” markalı avtomobili Elman Qarayevə satıb. Sonradan hazırda polislər tərəfindən saxlanılan şəxslər E. Qarayevin yanına gələrək ondan maşının pulunu tələb ediblər. E. Qarayev isə pulu ödədiyini deyib. Avtomobili E. Qarayevə satan şəxsin yeri hələlik müəyyən edilmədiyi üçün o, istintaq tərəfindən dindirilməyib.
Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR