Bank Of Baku

Bakıda Polşanın birinci xanımının iştirakı ilə memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib

Bakıda Polşanın birinci xanımının iştirakı ilə memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib
# 11 iyun 2008 11:06 (UTC +04:00)
Bakı.Laçın Sultanova-APA. Bu gün Bakıda məhşur polşalı memar Yozef Qoslavskinin yaşadığı evin qarşısında xatirə lövhəsinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, lövhəni Polşa prezidentinin xanımı Mariya Kaçinska açıb. Polşanın birinci xanımı dərin bilik və böyük istedada malik Y. Qoslavskinin Bakınin qurulmasında böyük rolunun olduğunu, 19-cu əsrin sonlarında Bakının baş memarı olaraq bir neçə əzəmətli binanın müəllifi olduğunu qeyd edib. O, həmin binaların Azərbaycan hökuməti tərəfindən qorunduğuna görə ölkə başçısına minnətdarlığını bildirib. Elmi-tədqiqat “Azərbərpa” Layihə İnstitunun direktoru Cəfər Qiyasi böyük neft bumu ilə bağlı Bakının inkişaf edərək, gözəl özünəməxsus memarlığa malik bir şəhərə çevrilməsindən danışıb. O bu prosesdə xarici memarların rolunu, xüsusəndə cəmisi 39 il yaşamış və Bakıda 12 möhtəşəm binanın müəllifi olmuş Qoslavskinin böyük rolunu qeyd edib. Cəfər Qiyasi bildirib ki, Qoslavski öz layihələrində islam memarlıq ənənələrindən də də çox böyük ustalıqla istifadə edib. Qeyd edək ki, Qoslavskinin yaşadığı evdə hazırda onun bacısının nəticəsi İrina Trafimova yaşayır. O, qonaqları memarın yaşadığı evlə tanış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR