Bank Of Baku

Zaqatalada küllü miqdarda yabanı çətənə kolu məhv edilib

Zaqatalada küllü miqdarda yabanı çətənə kolu məhv edilib
# 11 iyun 2008 12:57 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycanın Zaqatala rayonunda küllü miqdarda yabanı halda bitmiş çətənə kolu məhv edilib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində, rayonun Əlibayramlı kəndi ərazisində 2 hektara yaxın sahədə ümumi çəkisi 1 ton olan 3000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib. Faktla bağlı Zaqatala RPŞ tərəfindən araşdırma aparılır. Bundan başqa Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə məşğul olan Balakən rayon sakinini həbs edib. Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat zamanı Balakən rayon sakini Rafiq Dostəliyevin üzərinə baxış keçirilib və ondan 0.5 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı R. Dostəliyev artıq saxlanılıb və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR