Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda aşkarlanmış növbəti kəllənin üzərində balta izi müəyyən olunub

Qubadakı kütləvi məzarlıqda aşkarlanmış növbəti kəllənin üzərində balta izi müəyyən olunub
# 11 iyun 2008 14:30 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Qubada aşkar olunmuş kütləvi məzarlıqda üzə çıxarılan insan kəllələrinin sayı 188-ə çatıb. Aşkar edilən son kəllənin üzərində açıq-aşkar balta yeri görünür. Çağırılan xüsusi ekspert də 40-50 yaşlı kişinin məhz balta zərbəsindən qətlə yetirildiyini təsdiqlədi”. Bu sözləri APA-ya açıqlamasında Qubada tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O bildirib ki, bu fakt ermənilərin insanları müxtəlif üsullarla qətlə yetirdiyini göstərir: “Biz kütləvi məzarlıqda çoxlu mismar da tapmışıq. Ermənilərin azərbaycanlıları mismarla xüsusi işgəncələr nəticəsində və başlarını kəsməklə qətlə yetirdiyi məlum idi, balta zərbəsinin müəyyənləşməsi isə ilk dəfədir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR