Bank Of Baku

Bakıda “Azercell”in distributoru olan “Mobistar” telefon şirkətinin əməkdaşları həbs edilib - YENİLƏNİB

Bakıda “Azercell”in distributoru olan “Mobistar” telefon şirkətinin əməkdaşları həbs edilib - <font color=red>YENİLƏNİB</font>
# 11 iyun 2008 14:30 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən APA-ya verilən məlumata görə, həbs olunan şəxslər dələduzluqda təqsirləndirilirlər. Onların saxta sənədlə 90-dək saxta “Azercell” nömrələri satdıqları bildirilir. Həbs olunan şəxslərdən birinin adının Zaur olduğu bildirilib.
“Mobistar”a yaxın mənbələrdən isə APA-ya bildirilib ki, şirkətin bir əməkdaşı saxlanılıb. Onun vergi və maliyyə pozuntuları ilə bağlı saxlanıldığı qeyd olunub. “Mobistar” şirkətindən məsələyə münasibət bildirməkdən imtina ediblər. Hüquq-mühafizə orqanları hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, “Mobistar” “Azercell”in distributorlarından biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR