Bank Of Baku

Azərbaycan paytaxtında şagird məktəb yoldaşını bıçaqlayıb

Azərbaycan paytaxtında şagird məktəb yoldaşını bıçaqlayıb
# 11 iyun 2008 15:09 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Qaradağ rayonunun Qobustan qəsəbəsindəki 223 saylı orta məktəbin şagirdi məktəb yoldaşını bıçaqlayıb. Qaradağ Rayon Polis İradəsinin (RPİ) 11-ci polis bölməsindən APA-ya verilən məlumata görə, məktəbin yaxınlığında qəsəbə sakini 16 yaşlı Vüqar Eyvazov şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Mikayıl Mikayılovun burnuna bıçaqla xəsarət yetirib. Faktla bağlı Qaradağ RPİ-nin 11-ci polis bölməsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR