Bank Of Baku

Yabanı halda bitmiş külli miqdarda çətənə kolu məhv edilib

Yabanı halda bitmiş külli miqdarda çətənə kolu məhv edilib
# 12 iyun 2008 13:23 (UTC +04:00)
Bakı - APA. DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi və Şəki ŞRPŞ əməkdaşları tərəfindən Cunud kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 20 ton olan 36500 ədəd, BNMİ və Yevlax RPŞ əməkdaşları tərəfindən Qaramanlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 500 kiloqram olan 15000 ədəd, BNMİ və Samux RPŞ əməkdaşları tərəfindən Yenikənd kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 890 kiloqram olan 1800 ədəd, BNMİ və Oğuz RPŞ əməkdaşları tərəfindən Calud kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 4 ton 357 kiloqram olan 17524 ədəd çətənə kolu yığılaraq məhv edilib. Bu barədə APA-ya DİN mətbuat xidmətindən bildirilib. Bundan başqa, BNMİ və Qax RPŞ əməkdaşları tərəfindən Tanqıt kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 11 ton 760 kiloqram olan 18640 ədəd, BNMİ və Göygöl RPŞ əməkdaşları tərəfindən Qızıl Qaya qəsəbəsi ərazisində yabanı halda bitmiş, çəkisi 1 ton 382 kiloqram olan 843 ədəd, BNMİ və Qəbələ RPŞ əməkdaşları tərəfindən Nic kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 14 ton 300 kiloqram olan 48100 ədəd, Bayramkoxa kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 8 ton 200 kiloqram olan 24800 ədəd çətənə kolu yığılaraq məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR