Bank Of Baku

Bakı sakini beşinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Bakı sakini beşinci mərtəbədən yıxılaraq ağır xəsarət alıb
# 12 iyun 2008 14:48 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. İyunun 11-də Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Naxçıvani küçəsi, ev 10, mənzil 17-də yaşayan 17 yaşlı Röya Mirzəyeva 5-ci mərtəbədən yıxılaraq ağır xəsarət alıb. Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, R. Mirzəyeva yaşadığı mənzilin eyvanında pəncərə silərkən ehtiyatsızlıqdan yıxılıb. Hazırda zərərçəkən Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicə olunur. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR