Bank Of Baku

Ombudsmanın nümayəndələri 10 və 11 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçiriblər

Ombudsmanın nümayəndələri 10 və 11 saylı cəzaçəkmə müəssisələrində monitorinq keçiriblər
# 13 iyun 2008 07:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. İnsan Hüquqları üzrə Müvəkkil Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 11 saylı cəzaçəkmə müəssisələrində olublar. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar müəssisələrdəki yataq korpuslarına, cərimə təcridxanalarına, kamera tipli otaqlara, tibb-sanitar hissələrinə, yeməkxanalara baxış keçiriblər, məhkumlarla görüşüblər. Məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını bildiriblər. Bəzi məhkumlar azadlıqdan məhrum edilmələrinə dair məhkəmə qərarlarından narazılıqlarını ifadə ediblər. Monitorinq zamanı Ombudsman nümayəndələri 10 saylı müəssisənin yataq korpuslarının döşəməsinin daş olmasının narahatlıq yaratdığını, 11 saylı müəssisədə isə cərimə təcridxanasının və kamera tipli otaqların minimal standartlara cavab vermədiyini müşahidə ediblər. Bununla bağlı səlahiyyətli orqanlara tövsiyələr hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR