Bank Of Baku

Azərbaycanda İran vətəndaşı məhkum edilib

Azərbaycanda İran vətəndaşı məhkum edilib
# 13 iyun 2008 08:30 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə evlərə silahlı basqın etməkdə və quldurluqda təqsirləndirilən İran vətəndaşı İmumi Nasirin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrlik etdiyi prosesdə İ. Nasir Azərbaycan Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 228-ci (qanunsuz olaraq odlu silah, onun hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, daşıma, göndərmə) və 304-cü (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə yerindən qaçma) maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, İ. Nasir qardaşı Xosrov Əfəndi və digər şəxslərlə birləşərək vətəndaşların evlərinə silahlı basqın ediblər. X. Əfəndi və dəstənin digər üzvləri isə axtarışdadırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR