Bank Of Baku

Buraxılış imtahanının nəticələrindən narazı qalan şagird və valideynlər parlamentin qarşısında toplaşıblar

Buraxılış imtahanının nəticələrindən narazı qalan şagird və valideynlər parlamentin qarşısında toplaşıblar
# 13 iyun 2008 09:52 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. İyunun 6-da Azərbaycanda 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanının nəticələrindən narazı qalan bir qrup şagird və valideyn Milli Məclisin qarşısında toplaşıb. APA-nın məlumatına görə, 50-yə yaxın şagird və valideyn parlamentin qarşısında dinc aksiya keçirərək problemlərinin həll olunmasını istəyib. Həmin şəxslər Milli Məclisin qəbul şöbəsində qəbul olunublar. Şöbədən şagird və valideynlərə məsələnin araşdırılacağını deyiblər.
Qeyd edək ki, sözügedən imtahanda iştirak edən 52 min şagirddən təxminən 5-6 min nəfəri kəsilib. İmtahanın nəticələrindən narazı qalan həmin şagirdlər yenidən imtahan keçirilməsini tələb edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR