Bank Of Baku

Bakı-Şamaxı yolunda mikroavtobus “Tofaş”la toqquşub, ölən və yaralananlar var

Bakı-Şamaxı yolunda mikroavtobus “Tofaş”la toqquşub, ölən və yaralananlar var
# 13 iyun 2008 10:01 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Bakı-Şamaxı yolunun 24-cü kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Abşeron rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, İsmayıllı-Bakı marşrutu üzrə hərəkət edən “Ford” markalı mikroavtobusla Eldəniz Abdulovun idarə etdiyi “Tofaş” markalı avtomobil toqquşub. Qəza nəticəsində 4 nəfər yaralanıb, “Tofaş”da olan sərnişin Rəşad Cəlilov isə dünyasını dəyişib. Kliniki Tibbi Mərkəzə gətirilən yaralıların vəziyyəti orta ağır olaraq qalır. İlkin ehtimallara görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR