Azərbaycan vətəndaşı olan məhbus qadın Gürcüstan həbsxanasında aclıq aksiyası keçirir

Azərbaycan vətəndaşı olan məhbus qadın Gürcüstan həbsxanasında aclıq aksiyası keçirir
# 13 iyun 2008 12:17 (UTC +04:00)
APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, iyunun 6-dan başlayan aclıq aksiyasına qoşulan məhbuslar arasında Azərbaycan vətəndaşı Dilarə Daşdəmirova da var. Onlar şərti azadlığa buraxılmalarını, cəzalarının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəzlənməsini, yaş və səhhətləri ilə əlaqədar həbsdən azad olunmalarını, hamilə və 5 yaşına qədər uşaqları olan qadınların isə cəzalarının təxirə salınmasını tələb edirlər. D. Daşdəmirova ilə yanaşı, aclıq edən qadın məhbuslar arasında olan Rusiya və Ermənistan vətəndaşları ölkələrinin Tiflisdəki səfirliyinin nümayəndələri ilə görüşmək istədiklərini də bildiriblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin mətbuat katibi Elxan Poluxov isə APA-ya bildirib ki, D. Daşdəmirovanın xahişi Gürcüstan Ombudsmanı Sozar Subari tərəfindən artıq səfirliyə çatdırılıb. Öz növbəsində, səfirlik D. Daşdəmirova ilə görüşmək üçün Gürcüstan Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb: “Bizə məhbusun saxlanıldığı Cəzaçəkmə Müəssisəsində hazırda etiraz aksiyası keçirildiyi üçün görüşün günün ikinci yarısında mümkün ola biləcəyi bildirildi”.
Qeyd edək ki, D. Daşdəmirovanın hansı cinayəti törətdiyinə görə həbs olunduğu və hansı cəzaya məhkum edildiyi barədə açıqlama verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR