Bank Of Baku

Polis və Daxili Qoşunlar Qubada birgə təlim-məşq keçir

Polis və Daxili Qoşunlar Qubada birgə təlim-məşq keçir
# 13 iyun 2008 12:26 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva APA. Quba şəhər stadionunda Azərbaycanın şimal rayonlarının polis şöbələrinin, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların əsgərlərinin iştirakı ilə təlim-məşqlər keçirilir. APA-nın şimal bürosunun məlumatına görə, bu gün keçirilən genişmiqyaslı və yekun təlimi izləmək üçün Daxili İşlər Nazirliyinin əməkdaşları, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, general-mayor Cavanşir Məmmədov Qubaya gəliblər. Hərbi texnikanın da cəlb edildiyi təlim-məşqlərin keçirilməsində əsas məqsədin cinayətkarlığa qarşı mübarizədə və kütləvi iğtişaşlar zamanı polisin və Daxili Qoşunların əsgərlərinin hazırlıq vəziyyətinin yoxlanılması olduğu bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya Qubada təlim-məşqlərin keçirilməsi barədə məlumatı təsdiqləyiblər. Bildirilib ki, təlim-məşq plana uyğun şəkildə həyata keçirilir.
Daxili Qoşunların mətbuat xidmətindən də APA-ya təlimin Daxili Qoşunların ilin əvvəlində təsdiq edilmiş təlim-məşq proqramına uyğun keçirildiyi bildirilib. Məqsəd Qoşunların şəxsi heyətinin hazırlığını yoxlamaqdır. Analoji təlim bu yaxınlarda Gəncə şəhərində də keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR