Bank Of Baku

Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub

Ermənistan ordusu növbəti dəfə atəşkəsi pozub
# 14 iyun 2008 07:28 (UTC +04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan ordusu iyunun 13-də saat 12.35-dən 12.50-dək və saat 14.55-dən 15.35-dək fasilələrlə Berd rayonunun Çinarlı kəndi ərazisindəki mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Koxa Nəbi kəndi ərazisində yerləşən mövqelərini, saat 12.50-dən 13.00-dək və saat 18.40-dan 23.50-dək fasilələrlə Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə və Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 15.30-dan 16.20-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 23.55-dən iyununun 14-ü saat 00.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda cavab atəşi ilə düşmən susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR