Bank Of Baku

Azərbaycanın qərb rayonlarında dolu və sel kənd təsərrüfatına ciddi ziyan vurub

Azərbaycanın qərb rayonlarında dolu və sel kənd təsərrüfatına ciddi ziyan vurub
# 14 iyun 2008 08:59 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumatına görə, rayonların elektrik təsərrüfatına dəymiş ziyanın bir qismi artıq aradan qaldırılıb. Eyni zamanda yolların təmizlənməsinə də başlanılıb.
Dolu və sel nəticəsində Tovuzun Böyük Qışlaq, Çataq, Çeşməli, Qaradaş, Həsənli və Əhmədabad kəndlərində 800 hektar kartof, 2000 hektar isə biçənək məhv olub. Kartof sahələrində təxminən 50 faiz itki olacağı gözlənilir. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Niftalı Qasımov bildirib ki, adıçəkilən kəndlərdə sel 4 körpünü yuyub, şəxsi təsərrüfatlara məxsus 20 baş iri, 100 baş xırdabuynuzlu heyvan tələf olub.
Gədəbəy rayon İcra Hakimiyyətinin müavini Qüdrət Paşayev bildirib ki, dolunun kommunal təsərrüfata vurduğu ziyanı aradan qaldırmaq üçün hökumət tərəfindən yardıma ehtiyac var. İlkin hesablamalara görə, Gədəbəy rayonunda 15 min ədəd dam örtüyünə ehtiyac duyulur. Bu rayon da kartof təsərrüfatının 50 faizi tamamilə məhv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR