Bank Of Baku

Qusarda və Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib

Qusarda və Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisələri baş verib
# 14 iyun 2008 09:41 (UTC +04:00)
Bakı - APA. İyunun 13-də saat 18.00 radələrində Qusar rayonunun Quxuroba kəndində Gündüzqala kənd sakini İsmayıl İsmayılov "VAZ-2106" markalı avtomaşını idarə edərkən kənd sakini Gülnar Davudovanı vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən G. Davudova orada ölüb. Qusar Rayon Polis Şöbəsi faktla bağlı araşdırma aparır.
Dünən paytaxtın Binəqədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi də ölümlə nəticələnib. Ə. Rəcəbli küçəsində Qəbələ rayon sakini Yaşar Ağayev "Mercedes" markalı avtomaşını idarə edərkən onu dirəyə çırpıb və hadisə yerində ölüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR