Bank Of Baku

Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq

Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq
# 14 iyun 2008 10:55 (UTC +04:00)
Bakı. Hacı Zeyanlov APA. Milli Qurtuluş Günü ilə bağlı Dövlət Yol Polisi gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, iyunun 15-də Milli Parkda keçiriləcək bayram tədbirində iştirak edən Bakı sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə yol polisinin əməkdaşları Neftçilər prospektində maşınların hərəkətini müşahidə edəcəklər. V. Əsədov həmin gün Neftçilər prospekti ilə hərəkət edən sürücüləri diqqətli olmalarını məsləhət görüb.
Qeyd edək ki, Milli Qurtuluş Günü ilə bağlı Milli Parkda konsert və atəşfəşanlıq olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR