Bank Of Baku

Ədalət Şükürovun konsertinin vaxtı dəyişdirilib

Ədalət Şükürovun konsertinin vaxtı dəyişdirilib
# 12 iyun 2008 11:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Əməkdar artist Ədalət Şükürovun Yaşıl Teatrda keçirəcəyi konsertin vaxtı dəyişdirilib. Konsertin təşkilatçısı “Səs Organizathion”un rəhbəri Nahid Emiloğlu APA-ya bildirib ki, “Yada sal sevgilim” adlı konsert proqramı iyunun 30-na nəzərdə tutulsa da, konsert iyunun 27-nə keçirilib. “Sevgililər Günü” münasibətilə keçiriləcək konsert üç saata yaxın davam edəcək. Bu müddət ərzində Ə. Şükürov xüsusi olaraq bu konsert üçün hazırladığı yeni mahnılarını tamaşaçılara təqdim edəcək. Konsertin biletlərinin qiyməti 20-100 manat arasındadır.
Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR