Bank Of Baku

Salyanda baş verən qol qəzasında bir nəfər ölüb

Salyanda baş verən qol qəzasında bir nəfər ölüb
# 14 iyun 2008 11:24 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. İyunun 13-də Salyan rayonu ərazisində iki yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Mirzağa Qafarovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Lerik rayonunun Əbilə kənd sakini Arzuman Aslanov KAMAZ markalı, 90-JF-397 dövlət nömrə nişanlı avtomobili idarə edərkən maşının təkəri çıxıb və yoldan keçən Salyan rayonunun Qalalı kənd sakini, 1971-ci il təvəllüdlü Vüqar Rzayevə dəyib. Ağır xəsarət alan V. Rzayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 1973-cü il təvəllüdlü Salyan rayon sakini Fəqan Əliyev isə Neftçala rayon sakini Fikrət Abdullayevə məxsus VAZ 2107 markalı, 90-BE-659 dövlət nömrə nişanlı avtomaşını qaçıraraq “Büllur” şadlıq sarayının yanında Salyan rayon sakini, 1992-ci il təvəllüdlü Asim Səlimovu vurub. A. Səlimov hadisə nəticəsində xəsarət alıb. Hər iki faktla bağlı Salyan Polis Şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR