Bank Of Baku

Azərbaycan paytaxtında polisin saxladığı bir qrup gənc sərbəst buraxılıb

Azərbaycan paytaxtında polisin saxladığı bir qrup gənc sərbəst buraxılıb
# 14 iyun 2008 18:32 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Bu gün Bakıda Kuba inqilabının liderlərindən olan Çe Qavaranın anadan olmasının 80 illliyini qeyd etmək üçün toplaşan bir qrup gənc polis tərəfindən saxlanılıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin rəis müavini Azər Kərimzadə APA-ya bildirilib ki, polis “Alturka” kafesində yığışan 21 gənci bölməyə gətirib. Bölmədə onların toplaşmasının məqsədi və şəxsiyyətlərini təsdiq edən sənədlər aydınlaşdırılandan sonra gənclərin hamısı sərbəst buraxılıblar. Hadisə yerində Kuba səfirinin olması ilə bağlı məlumatı təkzib edən rəis müavini deyib ki, saxlanılanlara heç bir psixoloji-fiziki təzyiq olmayıb.
Saxlanılanlar arasında gənclərin tədbirini işıqlandıran Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov da olub. Polis bölməsində onun vəziyyəti pisləşib və Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun xəstəxanaya gətirildiyi vaxt polis bölməsinin qarşısında şəkil çəkən “Yeni Müsavat” qəzetinin müxbiri Elən Balaxanılı da polis tərəfindən saxlanılıb və qısa araşdırmadan sonra sərbəst buraxılıb.
Mərkəzi Klinik Xəstəxananın növbətçi həkimi Qabil İbrahimov bildirib ki, E. Hüseynova nevrotik reaksiya diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkim onun vəziyyətinin orta-qənaətbəxş olduğunu deyib.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Conatan Henik də xəstəxanaya gəlib. Diplomat baş verən hadisənin təfərrüatları barədə məlumatlı olmadığını əsas gətirərək, olayı şərh etməyib və narahatlığını ifadə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR