Bank Of Baku

Lənkəranda yol qəzası baş verib

Lənkəranda yol qəzası baş verib
# 16 iyun 2008 08:27 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Rvo kənd sakini, 1979-cu il təvəllüdlü Zaur Heybət oğlu Hüseynovun idarə etdiyi VAZ-2106 markalı, 15 BA 989 dövlət nömrə nişanlı avtomobil Lerik-Lənkəran yolunun 9-cu kilometrliyində hərəkət istiqamətini itirərək yolun kənarındakı aptekə çırpılıb. Nəticədə sürücü beyin silkələnməsi və müxtəlif bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-dan zərərçəkmişin vəziyyətinin orta-ağır olduğu bildirilib. İlkin versiya kimi hadisənin avtomobilin nasazlığı ucbatından baş verdiyi qeyd olunur.
Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR