Bank Of Baku

Xüsusi təyinatlıların Kislovodskda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı həbs olunub

Xüsusi təyinatlıların Kislovodskda keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı həbs olunub
# 16 iyun 2008 09:48 (UTC +04:00)
Kislovodsk-APA. Rusiyanın Kislovodsk şəhərindəki çoxmərtəbəli yaşayış evlərindən birində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində silahlı quldur birləşməsinin iki üzvü və onların yanında olan Azərbaycan vətəndaşı zərərsizləşdirilib. APA-nın məlumatına görə, Stavropol hüquq-mühafizə orqanlarından bildirilib ki, xüsusi təyinatlıların müqavimət göstərməmək və təslim olmaq əmrinə tabe olmayan mənzildəkilər atəş açmağa başlayıblar. Lakin xüsusi təyinatlı döyüşçülər quldur dəstəsinin üzvlərini zərərsizləşdirə biliblər. Quldurlardan biri özünü öldürməyə imkan tapsa da, digəri və onların yanında olan Azərbaycan vətəndaşı həbs olunub. Hüquq-mühafizə orqanlarından bildirilib ki, həm özün öldürənin, həm də həbs olunanların şəxsiyyəti müəyyənləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR