Bank Of Baku

Şirvan şəhərində soyğunçuluq hadisəsi baş verib

Şirvan şəhərində soyğunçuluq hadisəsi baş verib
# 16 iyun 2008 10:07 (UTC +04:00)
Şirvan. Əlibəy Zeynalov APA. Şirvan şəhərində soyğunçuluq hadisəsi baş verib. Şirvan Şəhər Polis şöbəsinin əməliyyat işi üzrə rəis müavini İrşad Rzayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Hacıqabul rayonu, Dəmiryol küçəsi 24, mənzil 2 ünvanında yaşayan, əvvəllər narkotik maddələrin satışına görə iki dəfə məhkum olunmuş, 1972-ci il təvəllüdlü Həmzəyev Yalçın Rahib oğlu Şirvan şəhər sakini, Nərimanov 9, mənzil 14 ünvanında yaşayan Dadaşova Humay Pirqulu qızına evinə daxil olmaq istəyərkən basqın edib, onun qızıl-zinət əşyalarını və pulunu alıb. Əməliyyat axtarış tədbirləri nəticəsində Y. Həmzəyev həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 180 (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb, tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR