Bank Of Baku

Ağdaş rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib
# 16 iyun 2008 10:32 (UTC +04:00)
Ağdaş-APA. Ağdaş rayonu ərazisində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iyunun 15-də saat 00.30 radələrində Ağdaş rayonunun Şəmsabad kəndində rayonun Xosrov kənd sakini Yusif Əmirov və Oğuz rayon sakini Lütfiyyə Babayeva avtomobillə vurulub. Nəticədə Y. Əmirov və L. Babayeva hadisə yerindəcə ölüb. Polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətmiş "Mercedes" markalı avtomaşının sürücüsü, Gəncə şəhər sakini Araz Ələkbərov tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR