Bank Of Baku

Lənkəran sakinini qatar vurub

Lənkəran sakinini qatar vurub
# 17 iyun 2008 08:24 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev-APA. Lənkəranın Vel kəndi ərazisində bədbəxt hadisə baş verib. Lənkəran rayon Prokurorluğundan APA-nın cənub bürosuna verilən məlumata görə, yük qatarı dəmir yolunu keçmək istəyən kənd sakini, 1951-ci təvəllüdlü İsmayıl Əliş oğlu Hüseynovu vurub. Ağır bədən xəsarəti alan İ. Hüseynov Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR